This is a bilingual snapshot page saved by the user at 2024-9-23 10:31 for https://cards.kapitalbank.az/az/BRCB_BLACK/kb/?utm_medium=paid-search&utm_source=google&utm_campaign..., provided with bilingual support by Immersive Translate. Learn how to save?

Kart sifarişi

Birbank Cashback

Birbank Cashback

Birbank Cashback kartı sizə 30%-dək keşbek, şəxsi vəsaitdən pulsuz köçürmə və nağdlaşdırma, ikiqat ƏDV və digər üstünlüklər qazandıracaq.
Pulsuz
Ünvana çatdırılma
AZN/USD/EUR
Valyuta
36 Ay
Kartın müddəti
Pulsuz*
Kartın qiyməti
30%-dək keşbek, 2 qat ƏDV
Bonuslar
Bu, sifariş etdiyiniz ilk və ya ikinci Birbank Cashback kartıdırsa, onu istər taksit, istərsə də debet kartı kimi pulsuz əldə edəcəksiniz. Əgər artıq iki Birbank Cashback kartını pulsuz sifariş etmisinizsə, bu halda yenisini taksit kartı kimi pulsuz, eyni valyutalı debet kartı kimi isə 15 AZN ödənişlə əldə edə bilərsiniz.

Sifariş etmək üçün məlumatları doldurun

051

Kart haqqında
  • Artıq debet və taksit kartlarını ayrılıqda əldə etməyə ehtiyac yoxdur. Çünki Birbank Cashback kartı ilə bu imkanları eyni kartda cəmləmişik.
    • Siz kartı sifariş edərkən biz məlumatlarınızı yoxlayırıq, bu adətən bir neçə saniyə çəkir.
      • Taksit kartı istəyirsinizsə, yoxlanış bitdikdən sonra sifarişə davam edin. Sizə kredit düşürsə, kartınızda kredit xətti aktivləşəcək.
        • Əgər debet kartı sifariş etmək istəyirsinizsə, yoxlanışdan sonra “Debet kartı istəyirəm” düyməsini seçin.
          • Kredit xətti aktivləşməsə və ya siz debet kartı sifariş etsəniz, hər iki halda daha sonra Birbank tətbiqi ilə kredit xəttinin aktivləşdirilməsi üçün müraciət etmək imkanınız olacaq.
            • Kartla 2 qat ƏDV, şəxsi vəsaitdən pulsuz köçürmə və nağdlaşdırma, eləcə də 30%-dək keşbek kimi imkanlardan faydalana bilərsiniz. Taksit kartı kimi istifadə isə sizə əlavə olaraq 24 ayadək faizsiz taksit və 63 günədək güzəşt müddəti kimi fürsətlər qazandıracaq.
              2 qat ƏDV
              • Ödənişlərinizi Birbank Cashback taksit kartı ilə etsəniz, balansınıza daha çox ƏDV geri qayıdacaq. Belə ki, istər kartınızdakı şəxsi vəsaitinizdən, istərsə də sizə ayrılmış kredit xəttindən birdəfəlik ödəniş və ya taksit ödənişi etdiyiniz zaman geri qayıdacaq ƏDV məbləğinin 2 qatını əldə edəcəksiniz.
                • 2 qat ƏDV məbləğinin şərtləri çox sadədir. Siz birinci qatı "ƏDV geri al" məhsul şərtlərinə uyğun olaraq heç bir limit olmadan, adi qaydada geri alırsınız. İkinci qat üçün isə aylıq maksimal qazanc 20 AZN-dir.
                  • Nümunə: Tutaq ki, siz artıq 17 AZN dəyərində 2 qat ƏDV qazanmısınız. Bu halda növbəti çekinizdən qayıdacaq 2 qat ƏDV məbləği 3 AZN-dən çox olarsa, 20 AZN-lik aylıq maksimal qazanc aşılacağı üçün həmin çekə 2-ci qat hesablanmayacaq.
                    • Birbank Cashback debet kartı ilə ödənişlərdə standart ƏDV məbləği geri qayıdacaq.
                      Köçürmə və nağdlaşdırma
                      • Ay ərzində kartınızdakı şəxsi vəsaitinizdən ümumilikdə 5000 AZN-dək məbləğin Kapital Bank bankomatlarında nağdlaşdırılması və yerli bank kartlarına köçürülməsi pulsuzdur. Ümumi məbləğ 5000 AZN-i keçərsə, bu əməliyyatlar üçün 0,5% (min. 1 AZN/USD/EUR) komissiya hesablanacaq.
                        • Ölkə daxilində digər banklara məxsus bankomatlarda şəxsi vəsaitinizdən nağdlaşdırma etdikdə məbləğdən asılı olmayaraq 2 AZN/USD/EUR komissiya tutulacaq. Yerli bank kartlarına şəxsi vəsaitdən pulsuz köçürmə Birbank tətbiqindən və Kapital Bank bankomatlarından mümkündür.
                          • Kartınızın kredit xəttindən nağdlaşdırma və köçürmə etdikdə kredit şərtlərinə uyğun olaraq 1,5% (min. 2 AZN) komissiya tutulacaq.
                            Pulsuz çatdırılma
                            • Çatdırılma etdiyimiz ərazilərə hələ ki yalnız Bakı, Abşeron və Sumqayıt daxildir. Kartın sifarişi zamanı çatdırılma üçün əlavə ödəniş etməyəcəksiniz. Sadəcə ünvanınızı qeyd edin, Wolt ilə kartınızı pulsuz çatdıraq. Kartı həmçinin sizə yaxın filialımızı seçməklə oradan da pulsuz götürə bilərsiniz.
                              30%-dək keşbek
                              • Keşbek qazanmağınız üçün sizə hər ay kateqoriyalar təklif edirik. Siz bu kateqoriyalardan 2-sini seçməklə istər kartınızdakı şəxsi vəsaitinizdən, istərsə də sizə ayrılmış kredit xəttindən birdəfəlik ödənişlər zamanı 30%-dək keşbek qazana bilərsiniz.
                                • Siz debet kartınızla ay ərzində 100 AZN-dək keşbek qazana bilərsiniz. Taksit kartı üçün isə aylıq keşbek qazancı 300 AZN-dəkdir. Əgər sizin həm debet, həm də taksit kartınız varsa, bu halda ay ərzində cəmi 300 AZN keşbek qazana bilərsiniz.
                                  24 ayadək taksit, 63 günədək güzəşt müddəti
                                  • Siz Birbank Cashback taksit kartının kredit xəttindən iki cür istifadə edə bilərsiniz: taksitli və taksitsiz.
                                    • Taksitli istifadə zamanı Birbank taksit partnyorlarında ödədiyiniz məbləği aylara faizsiz bölüb, hissə-hissə qaytara bilərsiniz. Çoxsaylı partnyorlarımız 24 ayadək taksit imkanları təklif edir.
                                      • Taksitsiz istifadəyə isə kredit xəttindən başqa kartlara köçürdüyünüz, nağdlaşdırdığınız, birdəfəlik ödədiyiniz, bir sözlə, taksitlərə bölmədən istifadə etdiyiniz məbləğlər daxildir.
                                        • Ay boyu kredit xəttindən taksitsiz istifadə etdiyiniz məbləği növbəti ayın son gününədək faizsiz qaytara bilərsiniz. Növbəti ayın son günü qeyri-iş gününə düşürsə, son ödəniş tarixi növbəti iş gününə keçir. Xərclədiyiniz məbləği faizsiz qaytarmaq üçün maksimal güzəşt müddəti 63 gündür.
                                          • Kredit xətti üçün ayrıla biləcək maksimal məbləğ 15 000 AZN-dir. İstər Kapital Bank, istərsə də digər bankdan əməkhaqqı və ya təqaüd alırsınızsa, kredit xətti olan Birbank Cashback kartını əldə edə bilərsiniz
                                            • Müraciət etdikdə yaşınız 18-dən çox, 67-dən az olmalıdır. Kredit xətti ayrılması üçün son iş yerində stajınız minimum 3 ay, ümumi iş stajınız isə minimum 6 ay olmalıdır. Təqaüdçülər üçün isə staj tələb olunmur. Kredit xətti maksimum 59 aylıq təyin oluna bilər.
                                              • Kredit xəttindən taksitlərə bölünmədən istifadə olunmuş məbləğ üçün güzəşt müddəti başa çatdıqda aylıq 1,84%-dən 2,92%-dək kredit faizi hesablanacaq. Kart üzrə digər tariflər barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
                                                Birbank Cashback debet kartını əldə edə biləcəyiniz digər ünvanlar
                                                • Kartı onlayn sifariş və ya filiallarımızla yanaşı, Birbank-ın supermarket, elektronika, restoran, optika və digər partnyor mağazalarında da əldə etmək mümkündür. Üstünlüklərindən yararlanmağınız üçün onu Birbank tətbiqində və ya bu linkə keçərək eyniləşdirməyiniz kifayətdir.
                                                  • Kapital Bank ASC 05 noyabr 2018-ci il tarixli 244 nömrəli Bank Lisenziyası əsasında fəaliyyət göstərir.